Kateqoriyasız

İtaliya şokda: Pirlo Bakıda zədələndi

Sabah millimizlə qarşılaşacaq İtaliya millisi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya millisinin aparıcı üzvü Andrea Pirlo Bakıda keçirilən məşq zamanı zədələnib.

İtaliya yığmasının baş məşqçisi Antonio Konte sabahkı oyunda Pirlonun meydana çıxmayacağını bildirib.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43