22 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”dən 10 yeni qərar

“Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi

Bu gün “Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:
1. “Neftçi” PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub.
2. “Neftçi” PFK-nın əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub.
3. Klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.
4. Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib.
5. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
6. “Neftçi”PFK-nın ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib və gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
7. “Neftçi” PFK-nın üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib və layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib. (“Neftçi” PFK indiyədək üzvlük kartlarından 11,428 AZN məbləğində gəlir əldə edib.)   
8. “Neftçi” PFK-nın infrakstrukturu ilə bağlı məsələlər müzakirə edilib və yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib.
9. Braziliyanın “Fluminense” klubunun nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.
10. Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas iclasda iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib.

 Qeyd edək ki, proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43