Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-də Gəncədə “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını Bakıda davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçib. Komanda bu gün Yevlaxa gələrək yerli şəhər stadionunda məşq edəcək. Oktyabrın 23-də Nizami yurdunun təmsilçisinin son məşqi isə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. Hazırlıq prosesi saat 16:00-da başlayacaq.