22 Dekabr 2024
İdman

ŞOK! Azərbaycan idmançısından ikinci dəfə dopinq çıxdı

Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib. 
Bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub.

33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir. İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.

Bolqarıstan mətbuatı dünya çempionatında Azərbaycan millisinə 62 kq çəki dərəcəsində bürünc medal qazandırmış Valentin Xristovun da dopinq-testdən keçə bilmədiyini yazıb. Amma DPA agentliyi yığma üzvlərindən yanız Angelovanın 4 idmançı arasında olduğunu yazıb.

Qeyd edək ki, Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il gümüş medal qazanıb. Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb. Bu il cəzasını başa vurduqdan sonra Angelova dünya çempionatını 39 idmançı arasında 34-cü pillədə başa vurub. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43