İdman

Sərbəst güləşçilərimiz Kaspiyskdə ilin son turnirinə qatılacaqlar

Dekabrın 19-20-də Dağıstanın Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yığma komandamızın 12 üzvü turnirdə qüvvəsini sınayacaq.

Heyətdə Əlimuxtar Abbasov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov, Əvəz Həmzəyev (hər ikisi 54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov (63 kq), Rəşad Yusifli (69 kq), Fərid Hüseynli, Abdulmüslüm Məmmədov (hər ikisi 76 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43