Almaniya millisinin və “Arsenal”ın şərəfini qoruyan Məsut Özil martın 26-da millimizə qarşı keçiriləcək görüşdə meydana çıxmaya bilər.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb türkəsilli alman futbolçunun zədəli olmasıdı. Təcrübəli “Arsenal”ın dünən “Vest Bromviç”ə qarşı keçirilən İngiltərə Premyer Liqasınının oyununu buraxmalı olub.
Onun martın 26-da Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır.