FIFA ötənilki fəaliyyətinin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, qurum ötən il 369 milyon dollar zərər edib.
Hesabatda zərərin ötən il korrupsiya qalmaqalları, islahatlar və rəhbərliyin dəyişməsi prosesində baş verdiyi bildirilib. Lakin FIFA-nın tezliklə bu zərəri aradan qaldıracağı ifadə olunub. FIFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında əldə edəcəyi gəlirlərlə bu zərəri aradan qaldırmağı nəzərdə tutur.