“Yuventus”un forvardı Mario Manjukiç yenidən sıraya qayıdıb.
İdmanxeber.com-un məlumatına görə, “Napoli” ilə matçda zədələnən futbolçu tamamilə sağalıb. Artıq məşqlərə başlayan xorvat hücumçunun “Barselona”ya qarşı bu gün keçiriləcək matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Yuventus” – “Barselona” matçı saat 22:45-də start götürəcək.