Türkiyə Super Liqasında çıxış edən “Qaziantepspor” klubunun futbolçusu Frantsek Rajtoral intihar edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, Qaziantepdə tək yaşadığı evində özünü tavandan asıb.
Hadisədən ilk öncə qonşular xəbərdar olub. Oyunçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.
Onun ailəsində yaşanan problemlərə görə intihar etdiyi ehtimal edilir.