“Mançester Yunayted” futbolçusu Maykl Kerriklə yeni müqavilə imzalayacaq.
İdmanxeber.com-un məlumatına görə, tərəflər arasında danışıqlar müsbət nəticələnib. 35 yaşlı futbolçu daha bir il “qırmızı şeytanlar”da çıxış edəcək.
Xatırladaq ki, Kerrik 2006-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, bu müddət ərzində “qırmızı şeytanlar”ın heyətində 457 rəsmi matçda forma geyinib və 24 qol vurub.