Dünya futbolu

Reynaldo Azərbaycana qayıdır? – FOTO

Qış fasiləsində “Qarabağ”dan Türkiyənin “Adanaspor” klubunda transfer olunan Reynaldo Silva Azərbaycanı unuda bilmir.

Komandası Super Liqa ilə vidalaşan futbolçu tez-tez sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşımlar edir.

Braziliyalı hücumçunun “Adanaspor”da işləri qaydasında getmir. Böyük ümidlərlə komandaya cəlb olunan 27 yaşlı forvard 8 oyunda meydana çıxıb və qol vura bilməyib.

Komanda mövsüm sonunda heyətdə ciddi dəyişikliklər edəcək. Bir çox futbolçu ilə yolları ayırmağı planlaşdıran klub rəhbərliyi bir neçə futbolçunu satışa çıxaracaq.

Reynaldonun uğursuz çıxışından sonra “Adanaspor”dan ayrılacağı gözlənilir. Braziliyalı futbolçu karyerasını yenidən ölkəmizdə ya da Türkiyə klublarının birində davam etdirə bilər.

Qeyd edəki, Reyanldo 2013-17-ci illərdə “Qarabağ”da çıxış edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43