“Lion”un hücumçusu Aleksandr Lakazett “Arsenal”ın təklifini müsbət qarşılayıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “L`Equipe” nəşri məlumat yayıb.
Məlumata görə, yaxın günlərdə futbolçunun İngiltərə klubuna keçidi rəsmiləşəcək. “Topçular” futbolçu üçün “Lion”a 60 milyon avro ödəyəcək. Bu məbləğdən əlavə bonusların da ödəniləcəyi qeyd edilir.
“Lion”un yetirməsi olan və karyerasını bu klubda keçirən futbolçu cari mövsüm keçirdiyi 45 oyunda 37 qol vurub.