Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa bütün biletlər satılıb.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, artıq dünən satışa çıxarılan bütün biletlər satılıb.
Sözügedən matçda komandamızı 60 mindən çox azarkeş dəstəkləyəcək.
“Çelsi”nin Bakıya gələcək azarkeşlərinin sayı isə 2500-dü.