“Neftçi” daha bir futbolçu ilə güclənir.
İdmanxeber.az-ın məlumatına görə, bu mövsüm çempionluğu hədəfləyən paytaxt təmsilçisi İtaliyadan hücumçu transfer edir. “Ağ-qaralar” Canluka Sansoneni transfer edir.
Bu barədə “tuttoB.com” saytı məlumat yayıb. 31 yaşlı forvard “Neftçi”nin ona etdiyi təklifə müsbət yanaşıb.
Qeyd edək ki, peşəkar karyerasına “Montorio” klubunda başlayan təcrübəli forvard müxtəlif illərdə “Syena”, “Sasuolo”, “Sampdoriya”, “Torino” və “Frosinene” kimi klubların şərəfini qoruyub. Onun sonuncu klubu “Novara” olub.