21 Dekabr 2024
Ölkə futbolu

Mövsümdə ikinci: yenə eyni cütlər

Topaz Premyer Liqanın 23-cü turu yüksək məhsuldarlıqla əlamətdar olub. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən dörd oyunda 16 qol vurulub. “Neftçi” – “Zirə” (4:2), “Sumqayıt” – “Keşlə” (2:1), “Qəbələ” – “Qarabağ” (1:2) və “Sabah” – “Səbail” (3:1) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabər olub.

Bu, cari mövsümün ikinci göstəricisidir. Yalnız 11-ci turda daha çox – 17 qol vurulmuşdu. Maraqlıdır ki, orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci il oktyabrın 10-11-ni əhatə edən turda “Neftçi” – “Zirə” (2:2), “Sumqayıt” – “Keşlə” (1:4), “Qəbələ” – “Qarabağ” (1:3) və “Sabah” – “Səbail” (0:4) qarşılaşmaları keçirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43