22 Dekabr 2024
Dünya futbolu

“Real” 15 futbolçu ilə yollarını ayırır: Zidanın tələbi

“Real” 15 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun baş məşqçisi Zidan rəhbərlik qarşısına 15 futbolçunun komandadan göndərilməsi tələbini qoyub.

O, Keylor Navas, Serxio Reqilon, Xesus Valyeho, Teo Ernandes, Dani Sebalyos, Xames Rodriqes, Martin Edeqor, Barim Dias, İsko, Markos Llorente, Mateo Kovaçiç, Oskar Rodriqes, Qaret Beyl, Borxa Mayoral  və Raul De Toması yeni mövsüm komandasında görmək istəmir.

Hazırda başqa klublarda icarədə olan oyunçuların yay transfer pəncərəsinə satışa çıxarılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43