Azərbaycan millisini üzvü Əli Babayev çıxış etdiyi “Sumqayıt”dan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə etdiyi paylaşımla fikirləri qarışdırıb. O, “gələn mövsüm görüşərik! Harada? Zaman göstərəcək!” – deyə qeyd edib.
Əslən israilli olan futbolçu ötən yay “Hapoel Raanana” klubundan “Sumqayıt”a keçib. Babayev “gənclik şəhəri” təmsilçisində 29 oyuna 1 qol vurub.