“Olimpiakos”la yoxlama oyunu keçirmək üçün Yunanıstana yollanan “Qalatasaray” bu ölkəyə buraxılmayıb.
Buna İstanbul təmsilçisinin koronavirus testlərinin Afina hava limanında qəbul edilməməsi səbəb olub. Onlar bütün komandadan yeni testlər götürmək istəyiblər.
Təxminən 2 saat hava limanında gözlədilən “Qalatasaray” geri qayıdıb.
Klub bəyanat yayaraq, Yunanıstan hökumətinin onlardan üzr istəməsini tələb edib.