Kateqoriyasız

“Qarabağ” üçün həyəcan siqnalı: Bu futbolçular diqqətli olmalıdı!

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Şotlandiyanın “Aberdin” klubu ilə qarşılşacaq.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 19-da keçiriləcək qarşılaşmada Ağdam klubunun iki futbolçusu daha diqqətli olmalıdı. Söhbət sarı kart limitində olan Şahruddin Məhəmmədəliyev və Patrik Andradedən gedir. İki gün sonra baş tutacaq qarşılaşmada bu futbolçulardan hər hansı biri sarı vərəqə alacağı təqdirdə “Aberdin”lə səfər görüşünü buraxmalı olacaq.

Şahruddin Məhəmmədəliyev İrsailin “Aşdod” klubu ilə səfər, Kipr AEL-i ilə ev görüşlərində sarı vərəqə alıb. Patrik Andrade isə AEL ilə həm səfər, həm ev oyunlarında cəzalandırılıb. Qaydalara əsasən təsnifat mərhələsində 3 sarı vərəqə limitinə çatan futbolçu növbəti görüşü buraxmalıdı.

Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” matçı saat 20:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43