Kateqoriyasız

“Neftçi”nin həlledici oyunu onlara tapşırıldı

UEFA Konfrans Liqasının pley-off mərhələsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” matçının təyinatları açıqlanıb.

Oyuna Şimali Makedoniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Aleksandar Stavrev olacaq. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək. UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviç (Bosniya və Herseqovina) olacaq.

Bu komandalar arasında ilk oyun avqustun 19-u “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43