Kateqoriyasız

“Neftçi” futbolçusunu icarəyə verdi

“Neftçi” futbolçusu Elton Əlibəylini icarəyə verib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 21 yaşlı müdafiəçi 2 il “Səbail”də çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm “Neftçi-2” ilə 1-ci divizionun çempionu olan Əlibəyli əsas komandanın heyətində 1 rəsmi oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43