Xəbər verdiyimiz kimi, milli komandamızın futbolçusu Mahir Emreli Avroliqanın pley-off mərhələsinin cavab görüşündə Çexiya Slaviya”sı ilə matçda dubl edərək komandasını qrup mərhələsinə daşıyıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçumuz qarşılaşmanın 78-ci dəqiqəsində zədələnib. O, ayağında yüngül ağrılar hiss etdiyindən baş məşqçidən əvəzlənməsi istəyib.
Varşova klubunun çalışdırıcısı Mahiri riskə atmaq istəməyib və dərhal onu əvəzləyib.