“Qəbələ” yeni futbolçu ilə güclənib.
İdmanxeber.az-a daxil olan məlumata görə, əyalət təmsilçisi uzun müddətdi danışıq apardığı Omar Hani transferini bitirib. İordaniyalı futbolçu ilə aparılan danışıqlar müsbət nəticələnib.
“Qəbələ” forvardla 1+1 şərti ilə müqavilə imzalayıb.
Klub bu keçidi yaxın saatlarda rəsmən elan edəcək.
Qeyd edək ki, Omar Haninin son klubu Kiprin “Olimpiakos Nikosia” olub.