Kateqoriyasız

İtaliya klubu “Qarabağ”ın futbolçusunu istəyir

İtaliya A seriyasında çıxış dən “Salernitana” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı transfer etmək istəyir.

İdmanxeber.az-ın “Tuttomercato”ya istinadən yaydığı məlumata görə, İtaliya klubu Medina transferini ən yaxın günlərdə bitirməyə çalışır. 28 yaşlı müdafiəçi ilə danışıqlar başlasa da, konkret olaraq razılıq əldə olunmayıb.

Qeyd edək ki, “Salernitana” yeni mövsümdə xal qazana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43