“Barselona” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun hücumçusu Memfis Depay sıradan çıxıb.
Çempionlar Liqasında “Bayern”ə (Almaniya) qarşı keçirilən matçda (0:3) zədələnən niderlandlı hücumçu azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.