Kateqoriyasız

“Barselona” aparıcı üzvünü itirdi

İspaniya kubokunun 1/8 final mərhələsində “Atletik”lə görüşdə (2:3) zədə alan “Barselona”nın üzvü Ansi Fati bir müddət Kataloniya təmsilçisinə kömək edə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.

Fatinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

2020-ci ilin noyabrında dizindən zədə alan Ansu Fati ötən ilin sentyabrına qədər yaşıl meydanlardan uzaq qalmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43