19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb ölkəsinin hava məkanı uçuşlar üçün qapalı olduğuna görə, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməməsidir. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə üğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Təqvimin dəyşməsi millinin səfər planlarına da təsir edib. U-19 əvvəlcədən planlaşdırıldığı kimi, martın 14-də deyil, bir gün sonra səfərə yollanacaq, Bakıya isə ayın 19-da dönəcək.
17 mart
Azərbaycan – Xorvatiya
Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
18 mart
Latviya – Azərbaycan
Karlovac şəhəri. Mladost Arena. Saat 20:00