2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-offun Şotlandiya – Ukrayna matçı təxirə salınıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşün yeni tarixi qarşıdakı 48 saat ərzində bəlli olacaq. Qarşılaşma martın 24-də Qlazqoda oynanmalı idi.
Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası ölkədəki müharibə ilə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FIFA-ya müraciət edib.