Dünya futbolu

“Barselona” – “Qalatasaray” matçı fransızlara tapşırıldı

Avropa Liqasının 1/8 finalında keçiriləcək “Barselona” – “Qalatasaray” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı Fransa Futbol Federasiyasından Benuoit Bastyen idarə edəcək. Ona həmyerliləri Hiçam Zakrani və Aurelien Berthomieu köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jeremie Piqnard yerinə yetirəcək.

Qeyd edək ki, martın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43