Dünya futbolu

Şotlandiya – Ukrayna matçı təxirə salındı

2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-offun Şotlandiya – Ukrayna matçı təxirə salınıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün yeni tarixi qarşıdakı 48 saat ərzində bəlli olacaq. Qarşılaşma martın 24-də Qlazqoda oynanmalı idi.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası ölkədəki müharibə ilə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FIFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43