İdman

Millimizin üzvü ukraynalılara müraciət etdi

Millimizin Ukrayna əsilli azərbaycanlı güləşçisi Mariya Stadnik “İnstaqram”da paylaşım edib.

O, Ukraynada Rusiya ordusunun hücumu nəticəsində evləri dağılmış güləşçilərə yardım etməyə hazır olduğunu bildirib:

“Ukraynanın hörmətli güləşçiləri. Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün “[email protected]” ünvanı ilə əlaqə saxlaya bilərsiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43