Türkiyə millisinin üzvü Yusuf Yazıcı Rusiya futbolunun tarixinə düşüb.
İdmanxeber.az xəbər verir ki, ÇSKA-nın 25 yaşlı yarımmüdafiəçisi Premyer Liqada meydana çıxdığı ilk 6 oyunun hamısında qol vurub. Umumilikdə 8 qol vuran futbolçu Rusiya çempionatında mart və aprel aylarının ən yaxşı oyunçusu seçilib.
Yusuf Yazıcı müqavilə ilə Fransanın “Lill” klubuna məxsusdur. O, mövsümün sonunadək icarə əsasında Moskva təmsilçisində çıxış edəcək.