“Qarabağ”ın ÇL-dakı rəqibi “Ferentsvaroş”un prezidenti Qabor Kubatov instaqram hesabında paylaşım edib.
İdmanxeber.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri ağdam klubu ilə cavab görüşü öncəsi futbolçularına səslənib:
“Yaşıl qartallar uçmaq zamanıdır. Çərşənbə axşamı saat 20:00-da “Ferentsvaroş” – “Qarabağ” matçı var. İrəli uşaqlar, mübarizə aparıb, davam etmək zamanıdı”.
Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” matçı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasında ikinci görüş avqustun 9-da Bakı vaxtilə 22:00-da start götürəcək.