“Neftçi” “Sumqayıt”la matça 3 itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib. O bildirib ki, yeni sağalan Rəhman Hacıyevin sağ baldır əzələsində dartılma əmələ gəlib.
Digər zədəli oyunçular Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.