Dünya futbolu

“Fənərbağça”nın baş məşqçisi getmək istəyir

“Fənərbağça”nın baş məşqçisi Jorji Jezuş mövsüm sonu komandadan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Bildirilir ki, təcrübəli mütəxəssis Braziliya millisini çalışdırmaq istəyir.

Dünya çempionatının ardından Tite ilə ilə yollarını ayıran “sambaçılar” hələ də baş məşqçi axtarışlarını davam etdirir.

Namizədlər arasında bir dönəm Braziliyanın “Flamenqo” klubunu çalışdırmış Jezuş da var. Portuqaliyalı mütəxəssisin millidən təklif gələcəyi halda qəbul edəcəyi vurğulanıb.

Jezuşun “Fənərbağça” ilə müqaviləsi mövsüm sonu başa çatır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43