Dünya futbolu

Messi razılaşdı – müqavilə imzalanır

Lionel Messi yaxın günlərdə PSJ ilə müqaviləni uzadacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə fransalı jurnalist Fabrisio Romano məlumat yayıb. O bildirib ki, tərəflər əməkdaşlığı davam etdirəcəkləri barədə şifahi razılığa gəliblər.

Yaxın günlərdə tərəflər bir araya gəlib sözləşmə imzalayacaqlar. Artıq müqavilənin müddəti, əmək haqqı və yekun detalların da müzakirə oldunduğu vurğulanıb.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 14 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43