“Roma”nın baş məşqçisi Joze Mourinyo gələcəkdə karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis özü açıqlama verib:
“Bir gün Səudiyyə Ərəbistanı liqasında çalışacam. Düşünürəm ki, oraya məşqçilik etmək üçün gedəcəm, bəli. Amma bu, bu gün, sabah, nə də o biri gün olmayacaq”,
60 yaşlı portuqaliyalı 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. 2022/23 mövsümündə romalılar Avropa Liqasının qalibi oldular.
Bu yaz Mourinyo Səudiyyə Ərəbistanından 120 milyon avroluq təklif alsa da, onu rədd edib.