04 İyun 2026
Ölkə futbolu

“Qurban Qurbanova imkan yaradılsaydı, bəhrəsini görə bilərdik”

“Canni De Byazi mətbuat konfransında dediyi sözlərə görə, getməli idi. Məşqçilər jurnalistlərin sullarına hazır olmalıdır. Düzdür, bəzən suallar bizim xeyrimizə olmaya bilər. Amma yenə də cavablamağa məcburuq. Baş məşqçi gərək təmkinli, səbrli olsun. Mətbuat işçiləri həmin sahənin inkişafı üçün böyük iş görürlər. Bu, danılmazdır. Belə söz işlətmək düzgün hərəkət deyil. O, səbrli şəkildə suallara cavab verməli idi”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədov millidən ayrılan Canni De Byazi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bizim kimi futbol ölkələrində milliyə əcnəbi məşqçi gətirmək düzgün deyil. Çünki yerli ilə əcnəbi arasında nəticə baxmından həç bir fərq yoxdur. Məncə, azərbaycanlı mütəxəssislər daha yaxşı iş görə bilər. Canni De Byazinin göndərilməsi düzgün qərardır. Yerli məşqçi də İsveçi udub, Belçikaya fərqli məğlub ola bilər.

Hansı azərbaycanlı məşqçinin gətirilməli olduğunu deyə bilmərəm. Ad çəkmək düzgün olmaz. Kim gəlir gəlsin uzun müddətli bir planı olmadır. Məşqçiyə şərait yaradılmalıdır ki, fikrini həyata keçirsin. Əgər bunlar olmasa, hər il məşqçi dəyişməyin xeyri yoxdur. Belə şeylər milli komandanın ziyanına gedir. O vaxtı Qurban Qurbanov 6 illik proqramla gəlmişdi. İmkan yaradılsaydı, bəhrəsini görə bilərdik. Adından asılı olmayaraq, kim təyin edilsə, bir-iki illik yox, uzun dönəmli bir proqramla gəlməlidir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43