20 Sentyabr 2024
Ölkə futbolu

Musa oynadı, “Yurqorden” qalib gəldi

İsveç kubokunun qrup mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” evdə “Skövde” ilə üz-üzə gəlib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 2:0.

Millimizin üzvü meydana 72-ci dəqiqədə daxil olub və heç nə ilə yadda qalmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43