Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, günün yeganə matçı Tovuzda keçirilib. “Turan Tovuz” “Sumqayıt”a məğlub olub – 1:4.
Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 47 xalla ikinci pilləyə yüksəlib.
31-ci tur
19 aprel (cümə)
16:30. “Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Şəhriyar Əliyev, 15-avtoqol (0:1), Erik Sorqa, 22 (0:2), Otto Con, 52-pen. (1:2), Səbuhi Abdullazadə, 88 (1:3), Cordan Rezabala, 90+5 (1:4)
Tovuz şəhər stadionu