30 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray” məğlubiyyətlə başladı – Çempionlar Liqasında gecənin nəticələri

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Tüekiyənin “Qalatasaray” klubu da mübarizəyə qoşulub.

“Cim-bom” İsveçrədə “Yanq Boyz”un qonağı olub. Beş qolun qeydə alındığı qarşılaşmada qələbəni meydan sahibləri bayram edib.

Günün digər matçlarında qeydə alınan nəticələrlə sizi tanış edirik:

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

21 avqust

“Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya) 0:2

“Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya) 0:2

“Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya) 1:1

“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə) 3:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43