25 İyun 2026
Ölkə futbolu

Bölgə klubunun yeni transferi tribunada yerini aldı – FOTO

Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində “Kəpəz” öz meydanında “Səbail”i qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşü izləyənlər arasında bölgə klubunun yeni transferi Conston Omurva da olacaq.

Keniyalı mərkəz müdafiəçisi növbəti turlardan “Kəpəz”ə kömək edə biləcək.

Qeyd edək ki, “sarı-göylər” Omurva ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43