04 İyun 2026
Dünya futbolu

Oyunun ən yaxşısına yumurta hədiyyə edildi

Norveçin “Bryune” klubunun qapıçısı Yan de Bur “Bodo Qlimt”lə matçda oyunun ən yaxşısı seçilib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçuya bu səbəbdən qeyri-adi mükafat verilib. Ona 4 paket yumurta hədiyyə edilib.

Qarşılaşma “Bodo Qlimt”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qeyri-adi mükafatlar klubun təmsil olunduğu eyniadlı şəhərdə kənd təsərrüfatında ət və süd istehsalının üstünlük təşkil etdiyinə işarədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43