13 İyul 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu əməliyyat olunacaq

“Arsenal”ın futbolçusu Yurien Timber əməliyyat olunacaq.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçuya  yayda cərrahi müdaxilə ediləcək. Niderlandlı oyunçu sonuncu dəfə Çempionlar Liqasının PSJ ilə keçirilən cavab matçında meydana çıxıb.

Timber cari mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43