04 İyun 2026
Dünya futbolu

37 yaşlı Karim Benzema yenidən Avropada çıxış edə bilər

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Karim Benzema karyerasını yenidən Avropada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, Portuqaliya nəhəngi “Benfika” 37 yaşlı fransalı forvardın transferi üçün hərəkətə keçib. Klub rəhbərliyi Benzemanın təcrübəsini komandanın hücum xəttinə əlavə güc kimi görür.

Qeyd edək ki, sabiq “Real Madrid” ulduzu bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında meydana çıxdığı 2 matçda 3 qolla yadda qalıb. Onun “Əl-İttihad”la müqaviləsi olsa da, futbolçunun Avropaya dönüş istəyi reallaşa bilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43