04 İyun 2026
Dünya futbolu

“Liverpul” Dayo Upamekano üçün hərəkətə keçdi

“Bavariya”nın fransalı müdafiəçisi Dayo Upamekano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” 26 yaşlı stopperi heyətinə qatmaq niyyətindədir. Klubun rəhbərliyi müdafiə xəttini gücləndirmək üçün fransalı futbolçunu əsas namizədlərdən biri kimi görür.

Qeyd edək ki, Upamekanonun transfer qiyməti 50 milyon avro olaraq müəyyənləşdirilib. O, 2021-ci ildə “Leypsiq”dən “Bavariya”ya keçib və hazırda komandanın əsas müdafiəçilərindən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43