İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində bu səhər genişmiqyaslı əməliyyat keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, saxlanılanlar arasında məşhur türkiyəli şərhçi, sabiq hakim Ahmet Çakar da var. Onunla yanaşı, “Qalatasaray”lı futbolçu Metehan Baltacı və “Fənərbağça”nın oyunçusu Mert Hakan Yandaş da prokurorluğa çağırılıb.
Məlumata görə, əməliyyat zamanı bir sıra futbolçular və bəzi klub rəhbərləri polis tərəfindən saxlanılıb.

