“Sabah” azərbaycanlı futbolçu barədə qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Tellur Mütəllimovdan gedir. Paytaxt təmsilçisi müdafiəçini komandada saxlayacaq.
Oyunçu ona təklif edilən yeni müqaviləni qəbul edib. Klub yaxın günlərdə bu barədə rəsmi açıqlama verəcək.
Xatırladaq ki, millimizin üzvü ötən mövsüm “Sabah”ın heyətində cəmi 8 oyunda forma geyinib.

