“Barselona”nın baş məşqçisi Hansi Flik La Liqada 2025/26 mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. Flikin rəhbərliyi altında “Barselona” 94 xalla İspaniya çempionu olub.
Kataloniya təmsilçisi mövsüm ərzində 95 qol vuraraq çempionatın ən məhsuldar komandası kimi də fərqlənib.

