“Çelsi” “Yuventus”un müdafiəçisi Andrea Kambiasonu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun baş məşqçisi Xabi Alonso 25 yaşlı futbolçunu komandasında görməkdə maraqlıdır.
Kambiasonun “Yuventus”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
İtaliyalı müdafiəçi ötən mövsüm 45 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

